Şimal-Cənub dəhlizi ilə bağlı mühüm SƏNƏD İMZALANDI - FOTO

Şimal-Cənub dəhlizi ilə bağlı mühüm SƏNƏD İMZALANDI - FOTO

Hazırda oxunan: Şimal-Cənub dəhlizi ilə bağlı mühüm SƏNƏD İMZALANDI - FOTO
231315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Tehranda keçirilən Azərbaycan–İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası çərçivəsində İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, dəmiryol rəhbərləri İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işləri müzakirə ediblər.

Qeyd olunub ki, həm Azərbaycan, həm də İran ərazisindəki Astara terminalları Şimal-Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərinin daha sürətli və effektiv həyata keçirilməsinə, dəhlizin strateji potensialının reallaşdırılmasına, eləcə də Azərbaycanın və İranın nəqliyyat infrastrukturunun gücləndirilməsinə və regional ticarətin inkişafına imkan verir.

Görüş zamanı ADY və İran Dəmir Yolları arasında “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” imzalanıb. Sənəd Azərbaycan və İran İslam Respublikası arasında 22 yanvar 2025-ci ildə imzalanmış 16-cı Hökumətlərarası Birgə Komissiyanın Protokolunun dəmiryol bölməsinə əsaslanaraq Astara terminalının Baş Planının təsdiqlənməsi, terminalda tikinti işlərinin bu ilin sonunadək tamamlanması, yekun investisiyaların tanınması və digər məsələləri əhatə edir.

Şimal-Cənub dəhlizi ilə bağlı mühüm SƏNƏD İMZALANDI - FOTO - foto 1
Şimal-Cənub dəhlizi ilə bağlı mühüm SƏNƏD İMZALANDI - FOTO - foto 2
Şimal-Cənub dəhlizi ilə bağlı mühüm SƏNƏD İMZALANDI - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO