Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
230398
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 17-si saat 9:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olub. 

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Lerik, Şahdağ, Beyləqan, Salyan, Astara, Biləsuvar, Cəlilabad, Şahbuzda 1 mm-dir. 

Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Şahdağ, Daşkəsən, Lerikdə 1 sm-dir. 
 

Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gəncə, Şəmkir, Şəki, Oğuz, Quba, Qusar, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, Qobustan, Yevlax, Göyçay, Zərdab, Lerik, Astara, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb. 


Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO