Kofenin ürəyə FAYDASI – Günün hansı saatlarında və nə qədər içmək LAZIMDIR?

Kofenin ürəyə FAYDASI – Günün hansı saatlarında və nə qədər içmək LAZIMDIR?

Hazırda oxunan: Kofenin ürəyə FAYDASI – Günün hansı saatlarında və nə qədər içmək LAZIMDIR?

229402

Aparılan araşdırmalar nəticəsində, səhər içilən kofenin sağlamlığa müsbət təsir etməsi müəyyən edilib. Maraqlısı odur ki, bu göstərici ancaq səhər içənlərə aiddir, günün başqa saatlarında kofe içməyə davam edənlərdə səhərki kofenin faydalarının yox olduğu müşahidə edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı məlumat aparılan ilk böyük tədqiqatda göstərilib.
 

MÖVZU İLƏ BAĞLI:

Oyaq qalmaq üçün kofe içənlərə XƏBƏRDARLIQ


Belə ki, 40 000-dən çox insanın kofe istehlakının təhlili, səhər kofe içənlərin hər hansı bir səbəbdən ölüm ehtimalının 16% az olduğunu və ürək-damar xəstəliklərindən ölüm ehtimalının 31% az olduğunu aşkar edib.

Ancaq gün ərzində kofe içənlərdə ürək sağlamlığına olan faydaların yox olduğu görülüb.

Araşdırma, səhər saatlarında kofe içmənin axşam saatlarında içməkdən daha yaxşı olduğunu göstərir, lakin bunun səbəbini izah etmir. Ehtimal olunur ki, günün gec saatlarında kofe içmənin bioritm və melatonin kimi hormonların səviyyələrini poza bilməsidir. Bu, yuxuya, iltihaba və qan təzyiqinə təsir edir ki, bunların hamısı ürək sağlamlığına ziyan vura bilər.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO