Kəramət sahibləri tester funksiyasını yerinə yetirirlər  - ARAŞDIRMA...

Kəramət sahibləri tester funksiyasını yerinə yetirirlər - ARAŞDIRMA...

Hazırda oxunan: Kəramət sahibləri tester funksiyasını yerinə yetirirlər - ARAŞDIRMA...

227718
Bildiyimiz kimi Allah-təala kainatı fizikanın qanunları ilə idarə edir. Odur ki, əvvəlki yazılarımızda peyğəmbərlərin (o cümlədən kəramət sahiblərinin) cəmiyyətin transormatoru funksiyasını yerinə yetirdiyi barədə hesablamalar vermişdik.

Bu günkü yazımızın mövzusu isə testerdir...

Fiziklər bu aparatı yaxşı tanıyırlar. Fizik olmayanlar isə, bu aparatın adını bilməsələr də, özünü çox görüblər. Belə ki, sovet dönəmində evlərimizə çağırdığımız televizor ustalarının demək olar ki, hamısının əlində bu aparatdan olurdu.
Aparatın çoxsaylı funksiyalarından biri dəyişən (ürəyin kardioqramında olduğu kimi qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana çevirməkdən ibarətdir.
Qeyd edim ki, cihazda olan bu problem enerji (ruh) daşıyıcısı olan insanda da bir çox hallarda özünü biruzə verir. Yəni, insanın halı və yaxud bir məsələyə, bir şəxsə münasibəti gah yaxşı, gah da pis (dəyişkən) olur.
Hələ ta qədimdən - son 30-40 ilə qədər (tibb elmi inkişaf edənə qədər) bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə olan kəramət sahiblərinə (ilkin dövrlərdə peyğəmbərlərə, sonralar Allah dostlarına) üz tutar, dərdlərini onlara danışar və onların xeyir-duası, nəfəs vasitəsi ilə ötürdükləri enerjinin təsirindənxa0 özlərində sağlam, xoş əhval (oxu: sabit cərəyan) hiss edərdilər və xaəstəlikdən sağalardılar.
Araşdırmalarımız göstərir ki,xa0 peyğəmbərlərin və digər kəramət sahiblərinin bu funksiyası fizikada tester cihazının funksiyası ilə üst-üstə düşür…

Mövlanə Cəlaləddin Rumi kəramət sahiblərini mənəvi həkimlər adlandırır və onları maddi həkimlərlə (tibb işçiləri ilə) belə müqayisə edir:
“O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və insanın cismini, əczalarla müalicə edirlər.
Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) insanın ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir”.

Qeyd edim ki, insan ruhunda baş verən qeyri-sabit hallar və xəstəiklər neqativ təsirdən yaranır və özünü qorxu, diksinmə,xa0 qarabasma, baş, çiyin, oynaq ağrıları, boğulmalar və s. hallarla biruzə verir.xa0
Bu kimi əlamətləri olan adamların adətən həyatda işləri düz getmir, sağlamlıqlarında, məişətlərində və xoşbəxtliklərində onları daim izləyən problemləri həll etməkdə aciz (çarəsiz) qalırlar (xalq arasında buna qara zolağaxa0 düşmə də deyirlər).xa0
Belə adamların səhhətində yaranan problemləri maddi həkimlər (tibb işçiləri) əczalarla aradan qaldırmaqda çətinlik çəkirlər; dərmanlarla müalicələr effekt vermir. Çünkü birinci səbəb (neqativ), sonra nəticə (xəstəlik) aradan qaldırılmalıdır.
xa0Təssüf ki, müasir tibb elmi (bütün digər elmlər kimi) yarımçıq olduğundan və insanda olan ruhu nəzərə almadıqlarından (!), səbəbə deyil, nəticəyə qarşı mübarizə aparırlar. Ona görə də insanlarımızın çoxu ömrü boyu xəstəxana yollarında qalırlar…
Son vaxtlar psixoloq olaraq bu cür hallarla çox qarşılaşıram və xəstəliyi aradan qaldırmaq üçün ilk növbədə xəstədəki neqativin növünü, səbəbini, daxilolma vaxtını və yolunu təsbit edirəm. Daha sonra pasiyentin neqativ enerjidən xilas olması üçün müsbət enerji ötürürəm ki, bu vaxt ondakı dəyişən cərəyan sabit cərəyana çevrilir - tester cihazında olduğu kimi.

Daxili enerjisi sabitləşmiş insan elə ilk seansdaca bütün ağrılarının yox olduğunu və rahatlandığını etiraf edir. Beləliklə, pasiyentdə nə qədər ağır xəstəlik olmuş olsa belə, 21 günəxa0 bu xəstəlikləri yaradan səbəbdən – neqativ enerjidənxa0 azad olur.xa0
O ki, qaldı niyə məhz 21 günə? Qeyd edim ki, insanda hər gün milyonlarla hüceyrə doğulur və bu hüceyrələrin hər birinin ömrü 21 gün olur. Orqanizmdə neqativ enerji olduqda, yaranan hər hüceyrə həmin neqativə yoluxur. 21 gün ərzində xəstəni vaxtaşırı bir neçə dəfə (4-5 dəfə) seans etdikdə, doğulmuş bütün hüceyrələr neqativdən təmizlənir. Beləliklə, yeni doğulan hüceyrələr artıq neqativlə yüklənmir və enerjisi sabit olur. Bu cür sabit enerjili insanda heç bir xəstəlik baş vermir.xa0xa0

Hamınıza sağlam can və daim sabit RUHİYYƏ (enerji) arzulayıram.

Paşa Yaqub,
Psixoterapevt, elmi-lədun bilicisi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO