Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor TƏYİNATI OLDU - FOTO

Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor TƏYİNATI OLDU - FOTO

Hazırda oxunan: Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor TƏYİNATI OLDU - FOTO
227345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

Bizim.Media xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi Səkinə Sadıxovaya həvalə olunub.

Qeyd edək ki, Sadıxova Səkinə Müzəffər qızı 1966-cı ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumalq kəndində anadan olub.

1985-ci ildə Azərbaycan Respublikası Naxçıvan şəhər Heyran xanım adına tibb məktəbinə daxil olub, 1987-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib.

1987-1993-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1994-cü ildə Sumqayıt 1 saylı şəhər xəstəxanasında terapiya ixtisası üzrə internatura keçib.

1994-1998-ci illərdə Sumqayıt 1 saylı şəhər xəstəxanasında həkim-terapevt, 1998-2018-ci illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsində müalicə inspektoru, məsləhətçi, 2018-2021-ci illərdə isə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.

2021-2023-cü illərdə Sumqayıt Tibb Mərkəzinin direktoru kimi çalışıb. S.Sadıxova yeni təyinatınadək TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib.


Qeyd edək ki, Səkinə Sadıxova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor TƏYİNATI OLDU - FOTO - foto 1
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor TƏYİNATI OLDU - FOTO - foto 2
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor TƏYİNATI OLDU - FOTO - foto 3
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO