
- A-
- A
- A+
Cəmiyyət
22:00 / 26.12.2024
1 dəq oxunma
Oğuzda zəncirvari qəza olub, xəsarət alan var
Hazırda oxunan: Oğuzda zəncirvari qəza olub, xəsarət alan var
227212
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Oğuzda ikisi minik avtomobili olmaqla, zəncirvari qəza baş verib. Qəza hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, rayonun Padar kəndi ərazisində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza zamanı üç avtomobil toqquşub.
Belə ki, iki minik avtomobili ötmə zamanı qaydaları pozduğundan toqquşub. Bu zaman “Ford” markalı yük maşınının sürücüsü qəzadan yayına bilməyib və zəncirvari qəzaya səbəb olub.
Nəqliyyat vasitələrinin toqquşması nəticəsində 39 yaşlı Gəncə şəhər sakini Əbülfət Məmmədov xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılaraq müayinədən keçirilib.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün



































































































