Araşdırmaçı jurnalist Füzuli Baratov vəfat edib

Araşdırmaçı jurnalist Füzuli Baratov vəfat edib

Hazırda oxunan: Araşdırmaçı jurnalist Füzuli Baratov vəfat edib
225925
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmazda 67 yaşlı araşdırmaçı jurnalist Füzuli Baratov vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaxınlarının məlumatına görə,Füzuli Baratov bir neçə gün əvvəl rayon xəstəxanasına yerləşdirilmişdi.

Həkimlərin səyinə baxmayaraq, o, komadan ayılmayıb. İlkin məlumata görə,mərhum beyninə qansızmadan dünyasını dəyişib.
 

İxtisasca ingilis-alman dili müəllimi olsa da Füzuli Baratovun jurnalistikaya xüsusi marağı olub. Pedaqoji fəaliyyətlə yanaşı, publisistika və jurnalistika ilə müntəzəm məşğul olub.


Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Füzuli Baratov araşdırmaçı jurnalist kimi daha çox tanınırdı. O, üzərində işlədiyi "Mir Cəfər Bağırov - İgid Rəhbər",  "Xaçmaz tarixi faktlarla" kitablarını tamamlaya bilmədi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO