Şuşada ilk dəfə şagirdlər üçün maarifləndirmə tədbiri keçirilib – FOTO

Şuşada ilk dəfə şagirdlər üçün maarifləndirmə tədbiri keçirilib – FOTO

Hazırda oxunan: Şuşada ilk dəfə şagirdlər üçün maarifləndirmə tədbiri keçirilib – FOTO
225237
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşa Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Səməd Məhərrəmov narkotik vasitələrin insan sağlamlığı, düşüncə qabiliyyəti üçün törətdiyi zərərlərdən söhbət açıb.

O, narkomaniya aludəçisi olanların fiziki və mənəvi olaraq uçuruma yuvarlanması, doğmaları üçün problemlər yaratmasından danışıb. Gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirmələri, mütəmadi şəkildə mütaliə ilə məşğul olmaları tövsiyə edilib. Daha sonra çıxış edənlər də narkotik asılılığın cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar. Həmçinin Polis Akademiyasında oxumaq arzusunda olan şagirdlərə burada yaradılan yüksək şəraitdən və təhsilin keyfiyyətindən ətraflı bəhs olunub.

Sonda maarifləndirici video çarx göstərilib, maraq doğuran suallar cavablandırılıb.

Şuşada ilk dəfə şagirdlər üçün maarifləndirmə tədbiri keçirilib – FOTO - foto 1
Şuşada ilk dəfə şagirdlər üçün maarifləndirmə tədbiri keçirilib – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO