Ali təhsil alanların hərbi xidmətə çağırılması ilə bağlı YENİ QAYDA

Ali təhsil alanların hərbi xidmətə çağırılması ilə bağlı YENİ QAYDA

Hazırda oxunan: Ali təhsil alanların hərbi xidmətə çağırılması ilə bağlı YENİ QAYDA
225104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydasında bəzi dəyişikliklər edilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunub.

Dəyişikliyə əsasən, üç təhsil pilləsi üzrə - kolleclərdə təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək (hazırda 22), bakalavriatda təhsil alanlara - müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (hazırda yaş məhdudiyyəti yoxdur), magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (hazırda yaş məhdudiyyəti yoxdur) möhlət veriləcək.
 

Mövcud qanunvericilikdə əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək möhlət verilir.


Qeyd edək ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycanda və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO