“Şuşanın işğalına bir gün qalmış əsgərlərlə yanaşı, zabitlər də məzuniyyətə buraxılırdı...” - İşğal gizlinləri

“Şuşanın işğalına bir gün qalmış əsgərlərlə yanaşı, zabitlər də məzuniyyətə buraxılırdı...” - İşğal gizlinləri

Hazırda oxunan: “Şuşanın işğalına bir gün qalmış əsgərlərlə yanaşı, zabitlər də məzuniyyətə buraxılırdı...” - İşğal gizlinləri

223832
Yaxın günlərdə Şuşa və Laçının 26-cı qara “yubileyi” tamamlansa da, hər biri bir təbii qala olan bu dilbər guşələrimizin asanlıqla düşmənə təslim edilməsinin ağrı-acısı bir yana, həm dəxa0 onların işğal sirlərinin açılmaması, işğalçı və terrorçu ermənilər bir yana, Azərbaycan hakimiyyətixa0 və hərbi rəhbərlikdə buna şərait yaratmış xainlərin cəzalandırılmaması qəlbimizi yaxıb yandırır...
...26 il öncə bu günlərdə Şuşa və Laçın ətrafında təxribatlar baş alıb gedir, məntiqsiz əmr və göstərişlər verilirdi.xa0 30 aprel 1992-ci ildə Azərbaycanın o vaxtkı Baş Qərargah rəisi Şahin Musayevin hazırlatdığı və müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrləxa0 o dövr üçün kifayət qədər nizam-intizamla idarə olunan, polkovnik Arif Paşayevin komandirlik etdiyi Laçın alayı - 811 saylı hərbi hissə rəsmən ləğv olunaraq aprelin 22-dənxa0 Şuşa, Laçın, Qubadlı və Zəngilan bölgələri üzrə hərbi komendant təyin olunmuş polkovnik-leytenant Elburus Orucovun ixtiyarına buraxılır...xa0 Alay rəhbərliyi bu əmrə tabe olmasa da, şəxsi heyət bundan xəbər tutmasa da, qeyri-iradi komandanlıqda və döyüş əmrlərinin verilməsində pərakəndəlik və xaos yaranır....xa0 Sonradan məhkəmədə və müsahibələrində sabiq müdafiə naziri Rəhim Qazıyev o günlər işin hədsiz çoxluğundan onu hazırlayanlara etibar etməklə həmin əmri əsl məğzi ilə tanış olmadan imzaladığını bildirir...
Moderator.az 1992-ci il mayın 1-dən 18-dəkxa0 Laçında baş verənləri 811 saylı hərbi hissənin- Laçın alayının sabiq qərargah rəisi Rafiq Nağıyevinxa0 gündəlik və xatirələri əsasında nəzərinizə çatdırır.
(Yazının əvvəlki hissələri üçün bu linkə baxın:xa0 www.moderator.az/news/223703.html )

Mayın 6-sı gecə alay növbətçisi iki zabitin mənimlə görüşmək istədiyini dedi. Mayor Abel Hüseynov və rəhmətlik Tofiq Oğuz. Abel Elburus Orucovun kəşfiyyat rəisi idi. Qərargahda söhbət etdik. Söhbətimiz gecə yarıyadək davam etdi. Mənə məlumat verdilərxa0 ki, briqada komandiri Elburus Orucov Laçın alayının təcili şəkildə Fərəcanxa0 kəndi istiqamətindən Hadrutunxa0 Arpagədik kəndindəki erməni mövqelərinə hücum etməyini əmr edir. Belə ki , guyaxa0 E.Orucovun aldığı kəşfiyyat məlumatlarına görə, ermənilər Ağdərə istiqamətinə güclü qüvvə toplayıblar... Məqsədləri Ağdərə-Kəlbəcər istiqamətindən Ermənistana dəhliz açmaqdır. Mən etiraz etdim. Dedim ki, yazılı əmr versin,xa0 icra edim. Abel Hüseynov dedi ki, yox, siz Fərəcan istiqamətindən hücum edin ki, ermənilərin qüvvələri parçalansın. Dedim ki, onlar fikir yayındırırlar, əslində hücum Laçın istiqamətindən olacaq...xa0
Briqada komandirinin kəşfiyyat rəisindən onu da soruşdum ki, niyə Şuşadakı hərbçilər kütləvi surətdə məzuniyyətə buraxılır. Yenəxa0 dedi ki, ermənilər Ağdərədən Kəlbəcərə hücüm edəcəklər, sən bununla maraqlan...
Səhərə yaxınxa0 E.Orucovun yanından gələnlər geri - Şuşaya qayıtdılar...
Mayın 7-dəxa0 səhər nisbətən sakitlik olsa da, günortadan sonra Qayğı qəsəbəsi Ermənistan istiqamətindən bir neçə dəfə atəşə tutuldu. Artıq Şuşadan əsgərlərlə yanaşı, zabitlər də məzuniyyətə buraxılırdı... İşğala bir gün qalmış...
Mayın 7-si axşam tərəfi Şuşa istiqamətindəki postdan bir zabit- 777 saylı hərbi hissənin kəşfiyyat bölük komandiri Nəbiyev Adil 20 əsgərlə Bakı şəhərinə məzuniyyətə gedirdilər...
Şuşa-Laçın məhkəməsundə aydin oldu ki, 7 may saat 19.00-da Şuşa icra başçısının otağında müşavirə keçirilib. Müşavirədə Elburus Orucov da iştirak edib. Müşavirə gedişində Müdafiə Nazirliyinin əməliyyat idarəsinin rəis müavini polkovnik M.Beydullayev zəng edərək bildirib ki, sabah səhər tezdən, yəni 8 mayda , Beynəlxalq Qırmızı Xaç təşkiatından Xankəndindən Şuşaya nümayəndə heyəti gələcək. Şuşada olan butun döyüş texnikaları, toplar gizlədilsin, yolda olan minalar təmizlənsin. E. Orucov birləşmə komandirlərinə, istehkam rəisi Daşdəmir Məmmədova bu barədə əmr verib. D. Məmmədov elə gecə ikən əmri icra edib. Dediklərimin hamısı Şuşa- Laçın məhkəməsində şahid ifadələrində öz əksini tapıb(Cinayət işi: №18/35309)…


(Davamı var)

Təqdim etdi: Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO