Müharibə veteranlarının müavinətləri ilə bağlı daha bir TƏKLİF

Müharibə veteranlarının müavinətləri ilə bağlı daha bir TƏKLİF

Hazırda oxunan: Müharibə veteranlarının müavinətləri ilə bağlı daha bir TƏKLİF
222596
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Əvvəlki illərə nisbətən həm həkimlər, həm də müəllimlər daha yaxşı məvaciblər alırlar. Amma zamanında az əmək haqqı ilə təqaüdə çıxanlar var ki, onların təqaüdlərinin müəyyən qədər artırılması çox yaxşı olardı”.

Bizim.Media xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat vətən müharibəsi veteranların müavinətlərinin də artırlmasını təklif edib:

“2019-cu ildən veteranlara 80 manat ödənir, üstündən beş il keçib, biz artıq qalib xalqıq. Onlara beş il öncə verilən 80 manat indi həmin dəyərdə deyil. Yəni 2016-cı ildə veteranlara 55 manat verilirdi ki, o da ABŞ dolları ilə müqayisədə indiki 120 manat edirdi”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO