Firdovsi Fikrətzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Firdovsi Fikrətzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Firdovsi Fikrətzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ
221876
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) sabiq direktoru Firdovsi Fikrətzadəyə yeni vəzifə verilib. 

Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Firdovsi Fikrət oğlu Fikrətzadə Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri vəzifəsinə təyin edilib. 

O, bu vəzifədə Elman Sadıqovu əvəzləyib. 

Qeyd edək ki, Firdovsi Fikrətzadə bu ilin avqust ayında kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru vəzifəsindən azad edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO