Ceyhun Bayramovdan kadr islahatı:  Keçmiş deputatın oğlu idarə rəisi postundan çıxarıldı?

Ceyhun Bayramovdan kadr islahatı: Keçmiş deputatın oğlu idarə rəisi postundan çıxarıldı?

Hazırda oxunan: Ceyhun Bayramovdan kadr islahatı: Keçmiş deputatın oğlu idarə rəisi postundan çıxarıldı?

217659
Çoxları yeni təhsil naziri təyinatına qədər nazir səlahiyyətlərini icra edən Ceyhun Bayramovun hər hansı kadr təyinatı həyata keçirməyəcəyini və yeni nazirin gəlişini gözləyəcəyini düşünürdü.xa0

Amma C. Bayramov hətta Mikayıl Cabbarovun nazir olduğu dönəmlərdə də söz sahibi olduğunu, layiq bilmədiyi və peşəkarlığından razı qalmadığı kadrlarla bağlı qəti qərarlar verilməsinə təsir etdiyini dəfələrlə ortaya qoymuşdu.xa0

Bu dəfə isə onun nazirliyin ən sanballı strukturlarından hesab olunan Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyevi işdən kənarlaşdırdığı barədə Moderator.az-a məlumat daxil olub. İddialara görə fəaliyyətindən razı qalmadığı və nazirliklə yolları ayrılan təkcə Samir Vəliyev deyil və həmin idarənin daha bir neçə əməkdaşı işindən kənarlaşdırılıb.xa0

Xatırladaq ki, Samir Vəliyev Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin oğludur.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO