Adı el məsəlinə çevrilən Seyid Əhməd – İlanı niyə “onun əli ilə tuturlar”? – FOTO

Adı el məsəlinə çevrilən Seyid Əhməd – İlanı niyə “onun əli ilə tuturlar”? – FOTO

Hazırda oxunan: Adı el məsəlinə çevrilən Seyid Əhməd – İlanı niyə “onun əli ilə tuturlar”? – FOTO
217096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Günümüzdə politoloqlar siyasi analizlərində "ikili standart" -"dualizm" terminini işlədirlər. Amma bəlkə də bu terminin məğzini xalq içində formalaşmış "İlanı Seyid Əhməd əli ilə tutmaq" misalı ilə daha aydın izah etmək mümkündür. Politologiya öz yerində…

Bəs görəsən həmin məsəldə adı çəkilən Seyid Əhməd kim olub?

Astara rayonunun Maşxan kəndində yerləşən Seyid Əhməd türbəsi həm tarixi, həm də dini əhəmiyyəti ilə seçilən bir ziyarətgahdır. Türbənin önündə dayananda onun qədim divarları, sadə memarlığı və mənəvi əhəmiyyəti dərhal hiss olunur. Abidə 1472-ci ildə inşa olunub və əsrlərdir ki, yerli sakinlər və uzaqdan gələn ziyarətçilər üçün böyük bir əhəmiyyət kəsb edir.

Yerli əhali bura "Maşxan ocağı" adını verib və bu adın kökü "Mən şeyxəm, mən müqəddəsəm" mənasını daşıyan qədim sufi ifadələrindən götürülüb. Türbədə isə məhz Seyid Əhməd dəfn edilib. Seyid Əhmədin Hülakülər dövründə yaşadığı ehtimal olunur və yerli əhali arasında onun haqqında müxtəlif əfsanələr mövcuddur.

Seyidin siyasəti

Adı el məsəlinə çevrilən Seyid Əhməd – İlanı niyə “onun əli ilə tuturlar”? – FOTO - foto 3

Yerli tarixçi Müslüm Əliyev deyir ki, türbənin yerləşdiyi bu kənd ərazisində mühüm tarixi abidələr mövcuddur:

"Seyid Əhmədin XV əsrdə Ərdəbil şeyxləri nəslindən olduğu, bu ərazilərdən keçərkən Maşxanda dayandığı və burada uzun müddət yaşadığı barədə sübutlar var. Seyid bir mürid olaraq bu yerlərə gəlib çıxıbmış. Deyilənə görə, o, insanları sülhə və birliyə çağırmış, lakin ilk başda yerli camaat ona qulaq asmayıb.

Rəvayətə görə, kəndin yuxarı və aşağı məhəllələri çəltik suvarması üzərində mübahisə edirlər. Tərəfləri sakitləşdirə bilməyən Seyid tütək çalmağa başlayır. Tütək səsi ucaldıqca heybəsindən tədricən boylanıb ucalan ilan hər kəsi qorxuya salır. Beləcə Seyid Əhməd tərəflərə bildirir ki, onun sözünə baxmasalar, ilan onları cəzalandıracaq. O, insanlara deyib ki, necə ki ilan onun əmrlərinə qulaq asır, insanlar da bir-birilərinə qarşı mərhəmətli və sülhpərvər olmalıdırlar. Beləliklə hər iki tərəf sakitləşərək Seyidin məsləhətlərini qəbul edib razılığa gəlirlər."

Adı el məsəlinə çevrilən Seyid Əhməd – İlanı niyə “onun əli ilə tuturlar”? – FOTO - foto 4

Qeyd edək ki, bu günün özündə də sözügedən kənd yuxarı və aşağı məhəllələrdən ibarətdir ki, indi də onları məhz bu türbəyə hörmət və and birləşdirir.

Türbədən arxa-arxaya yeriyərək çıxmaq lazımdır....

Türbəyə daxil olarkən sadə və sakit bir atmosferə düşürsən. Türbənin daxili dizaynı xüsusi bəzəklərlə zəngin deyil, lakin bu, onun mənəvi gücünü daha da artırır. Taxtadan olan tavan və torpaq döşəmə türbənin sadəliyini əks etdirir. Seyid Əhməd İbn Kərim türbəsi formaca düzbucaqlıdır və bir giriş qapısı var. Türbədə Seyid Əhmədin 35 məzarı yerləşir və bu məzarın üzərində ərəb və fars dillərində yazılmış kitabələr var. Türbə zamanla zədələnib və dağılıb..

Adı el məsəlinə çevrilən Seyid Əhməd – İlanı niyə “onun əli ilə tuturlar”? – FOTO - foto 5

Yuxu gördü, ziyarətgaha pilləkənlər düzəltdi


Kənd sakini Səfərəli Həbibov deyir ki, Sovet hakimiyyəti illərində türbənin dağıdılması prossesi aparılıb. Amma yerli əhali hər imkanda türbəni bərpa edib, həm tarixi, həm də öz inanc yerlərini qoruya biliblər. 1990-cı ildə isə bərpa işlərinə başlanılıb və 1995-ci ildə abidə yenidən inşa edilib.

Astara sakini Nizami Quliyev isə gördüyü qəribə yuxudan sonra hündürlükdə yerləşən türbəyə insanların əziyyətlə qalxdığını görür. Yuxusuna uyğun olaraq bura qalxmaq üçün pilləkənlar düzəltdirir. Adətə görə, ziyarətə gələnlər qəbiri dövrə vurub mütləq 4 istiqamətdə məzar daşını öpüb alınlarını ona toxundurmalıdırlar. Ürəyində tutduğun arzu və diləyi təkrar etdikdən sonra məzarın ayaq tərəfində qoyulmuş qabdan su içmək lazım gəlir. Bundan sonra isə kiçik addımlarla arxaya addımlamaqla türbəni tərk etmək olar.

Adı el məsəlinə çevrilən Seyid Əhməd – İlanı niyə “onun əli ilə tuturlar”? – FOTO - foto 6

Məzar daşına yazılmış soyuq höküm


Seyid Əhmədin qəbirüstü epitiyası mühafizə olunur və ərəb-fars dillərində olan kitabədə yazılıb:

"Bu qəbir Soltan Əhməd ibn Kərimindir. Səkkiz yüz yetmiş altıncı il tarix. Hicri 876-cı il".

Bu isə miladi tarixlə 1471-1472-ci il deməkdir. 1956-cı ildə isə tarix elmləri doktoru Məşədixanım Nemətova Seyid Əhmədin əsil dünyagörüşünü açan mənzum formalı qəbirüstü aforizmini oxuya bilir.

Adı el məsəlinə çevrilən Seyid Əhməd – İlanı niyə “onun əli ilə tuturlar”? – FOTO - foto 7

Əgər sizdə ikili standartlı, yalanın ayaq tutub sona qədər yeriyə biləcəyini fikirləşirsinizsə və ya bunlardan yorulubsunuzsa məhz özünüz bu məzar daşına baxıb həmin XV -ci əsrdən süzülüb gələn buz kimi aforizmi təkrar edə bilərsiniz.

"Fələyin dərzisi elə bir köynək tikməmişdir ki, onu hamı axıra qədər geyə bilsin".




Adı el məsəlinə çevrilən Seyid Əhməd – İlanı niyə “onun əli ilə tuturlar”? – FOTO - foto 1
Adı el məsəlinə çevrilən Seyid Əhməd – İlanı niyə “onun əli ilə tuturlar”? – FOTO - foto 2

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO