Bütün Qarabağ boyu dəmir yolları bərpa olunacaq – Horadiz-Ağbənd İLK OLDU

Bütün Qarabağ boyu dəmir yolları bərpa olunacaq – Horadiz-Ağbənd İLK OLDU

Hazırda oxunan: Bütün Qarabağ boyu dəmir yolları bərpa olunacaq – Horadiz-Ağbənd İLK OLDU

21498

“Daha bir dəmir yolu xəttinin tikintisinə start verilir - artıq Horadiz-Ağbənd istiqamətində infrastruktur işlərinə başlanılıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Zəngilan-Horadiz avtomobil yolunun təməli qoyuldu


“Bütövlükdə, azad edilmiş ərazilərimizdə işğaldan əvvəl mövcud olmuş dəmir yollarının bərpası gözlənilir. Ümumi uzunluğu 100 kilometr olan dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq."

"Bu dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər”.

Millət vəklili bildirib ki, digər tərəfdən, dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO