Rusiya ordusu Xarkovu bombaladı: Xəsarət alanlar var - FOTO/VİDEO

Rusiya ordusu Xarkovu bombaladı: Xəsarət alanlar var - FOTO/VİDEO

Hazırda oxunan: Rusiya ordusu Xarkovu bombaladı: Xəsarət alanlar var - FOTO/VİDEO
214345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 2-də axşam saatlarında Xarkovda partlayış səsləri eşidilib və Rusiya ordusu şəhərə idarəolunan bombalarla zərbələr endirib. Hücum nəticəsində yaşayış binası dağılıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Bizim.Media xəbər verir ki, Saltovski rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü və dördüncü mərtəbələri arasında partlayış və yanğın baş verib. Qonşu evlərə, klinikaya və azı 14 avtomobilə də ziyan dəyib.

Prokurorluğun bu gün səhər saatlarına olan məlumatına görə, binaya bombalı hücum nəticəsində 12 nəfər xəsarət alıb. Onların arasında 3 yaş 11 aylıq uşaq da olub. Ən böyük qurbanın 73 yaşı var.

Xarkov vilayəti Polis idarəsinin rəisi Oleq Sinequbovun sözlərinə görə, beş nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Bundan əlavə, Xarkovun Şevçenkovski rayonunda meşə zolağında da bomba zərbəsi qeydə alınıb, burada iki yaşayış binasının şüşələri sınıb.

Rusiya ordusu Boqoduxovski rayonunun Zoloçev kəndinə də hava zərbəsi endirib. Ən azı 10 yaşayış binası və yardımçı tikilinin zədələndiyi, 69 yaşlı qadının kəskin stres keçirdiyi bildirilir.



Rusiya ordusu Xarkovu bombaladı: Xəsarət alanlar var - FOTO/VİDEO - foto 1
Rusiya ordusu Xarkovu bombaladı: Xəsarət alanlar var - FOTO/VİDEO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO