Saytlarda reklamları bloklayan mexanizm hazırlandı -  CƏRİMƏ TƏTBİQ OLUNACAQ

Saytlarda reklamları bloklayan mexanizm hazırlandı - CƏRİMƏ TƏTBİQ OLUNACAQ

Hazırda oxunan: Saytlarda reklamları bloklayan mexanizm hazırlandı - CƏRİMƏ TƏTBİQ OLUNACAQ

213290
15 fevraldan etibarən zəhlətökən reklam elanlarını bloklayan sistem istifadəyə verilib.

İlk olaraq bu mexanizm Ququl şirkəti tərəfindən hazırlandı. Xüsusilə Xrom brauzerə qarşı. Belə ki, brauzerə qurulmuş reklamları bloklayan mexanizm koalisiya tərəfindən hazırlanmış standartları pozan bəzi növ (+18) reklam elanlarını qadağan edir. Bundan başqa qəbuledilməz elanlar kateqoriyasına avtomatik üzə çıxan pəncərələr, səsli videolar, saytın yüklənməsindən öncə ekranda görsənən taymerdən istifadə edən reklam və başqa elan növləri daxildir.

Mexanizm istifadəçiləri bezdirən zəhlətökən reklamla mübarizə üçün hazırlanıb. Mexanizm əsaslı olaraq 3 mərhələdən ibarətdir. Əvvəlcə Ququl şirkəti saytları koalisiyanın standartları baxımından qiymətləndirir. Mexanizm qəbuledilməz reklamlar kateqoriyasına daxil olan növ reklamların getdiyi saytlara müvafiq xəbərdarlıq gedir. Sayt rəhbərliyinə 30 gün ərzində sözügedən problemləri aradan qaldırması üçün zaman verilir.

Lakin xəbərdarlığa əhəmiyyət verilmədiyi halda Ququl Xrom brauzeri həmin saytdakı bütün reklam elanlarını bloklayacaq. Ququl Xrom brauzerinin masaüstü və mobil versiyasının istifadəçiləri lazım olduqda bu və ya digər səhifədə reklamının bloklanmasını deaktiv edə biləcəklər.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO