Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO

Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO

Hazırda oxunan: Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO
212934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə sinif otaqlarını bit-birə basıb və məktəbdə dərmanlama işləri aparılıb.

Bununla bağlı Bizim.Media-ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət ediblər.

Valideynlər iddia edirlər ki, sentyabrın 23-də dərman səpiləndən sonra uşaqların bəzisi zəhərlənib.

Valideynlər məktəbin rus bölməsinin 6K sinfinin şagirdinin Sumqayıt şəhər xəstəxanasına aparıldığını və şagirdin kimyəvi maddədən zəhərləndiyini deyirlər. Onların sözlərinə görə,  bundan sonra direktor bit-birə basmış korpusu bağlayıb, şagirdləri digər korpusa, ikinci növbəyə keçirib.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, məsələ araşdırılır:

“Hazırda idarə əməkdaşları məktəbdədirlər, araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.

Zəhərlənən şagirdlərlə bağlı isə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB ) sorğu ünvanladıq.



Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO - foto 1
Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO - foto 2
Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO - foto 3
Günay Şahmar, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO