Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağında, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun yaradılması təstiq edilib.
xa0
ABA-dan Moderator.az-a verilən məlumata görə, yeni yaradılmış Ekspert Qrupunda aktiv və passivlərin idarə olunması, valyuta əməliyyatları, qiymətli kağızlar, kapital və pul bazarları, törəmə əməliyyatlar, fondların idarə olunması, likvidliyin idarə olunması, valyuta mövqeyinin idarə olunması, valyuta, faiz və likvidlik risklərinin idarə olunması, aktivlərin transfer qiymətləndirilməsi və digər istiqamətlərdə məsələlər müzakirə olunacaq.
xa0
Yığıncaqda “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”na sədr kimi “AFB Bank”ın İdarə Heyəti Sədrinin müavini Aydın Hüseynov təyin edilib.
xa0
Qeyd edək ki, Aydın Hüseynov 1996-2000-ci illərdə Türkiyə Cümhuriyyətnin Egey Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə magistr və 2002-2005-ci illərdə həmin Universitetdə tətbiqi riyaziyyat ixtisası üzrə foktorantura təhsilini tamamlayaraq riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Fəlsəfə doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunub. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib.
xa0
Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlayıb. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində Mütəxəssis kimi fəaliyyətini davam etdirib. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləyib. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışıb.




































































































