Bakıda qadın tanışı ilə birlikdə narkotiklə tutuldu – FOTO/VİDEO

Bakıda qadın tanışı ilə birlikdə narkotiklə tutuldu – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda qadın tanışı ilə birlikdə narkotiklə tutuldu – FOTO/VİDEO

210411

Bakının Səbail rayonunda saxlanılan şəxslərdən iki kiloqram heroin aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar.

"Onların üzərindən 2 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO