Türkiyədə hoteldə azərbaycanlı kişinin meyiti tapıldı

Türkiyədə hoteldə azərbaycanlı kişinin meyiti tapıldı

Hazırda oxunan: Türkiyədə hoteldə azərbaycanlı kişinin meyiti tapıldı

208725

Azərbaycan vətəndaşı Mahir Məmmədov Kuşadasındakı hotel otağında ölü tapılıb.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, onun ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.

Bildirilir ki, hadisə dünən saat 13.30 radələrində Kadınlar Dənizi məhəlləsində yerləşən 5 ulduzlu oteldə baş verib.

Əldə edilən məlumata görə, 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gedib. M. Məmmədov səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa qalxıb.

Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər.

Xəbərdarlığın ardından otelə 112 Təcili Tibbi Yardım və polis qrupları cəlb edilib. Həkimlər briqadasının müayinəsindən sonra Mahir Məmmədovun öldüyü müəyyən olunub. Onun ölümünün dəqiq səbəbi İzmir Ədliyyə Tibb Morqunda aparılacaq yarılmadan sonra məlum olacaq.

Onun Azərbaycanda mühafizəçi kimi fəaliyyət göstərdiyi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO