Bu il tələbə adını qazanan ən gənc və ən yaşlı şəxs KİMDİR? – ARAŞDIRMA

Bu il tələbə adını qazanan ən gənc və ən yaşlı şəxs KİMDİR? – ARAŞDIRMA

Hazırda oxunan: Bu il tələbə adını qazanan ən gənc və ən yaşlı şəxs KİMDİR? – ARAŞDIRMA
208465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu il Azərbaycanda ən yaşlı tələbə Sevinc Əliyeva Xosrov qızı, ən gənc tələbə isə 16 yaşlı Elvin Hüseynov Müşfiq oğlu olub.

Sevinc Əliyeva Bizim.Media-ya açıqlamasında 54 yaşının olduğunu bildirib:

“Mən 16.07.1970-ci ildə anadan olmuşam. Bu il subbakalavr kimi Sumqayıt Dövlət Univerrsitetinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olunub. Bakı Neft-Energetika Kollecindən bu il məzun olmuşam. Lakin təəssüflə bildirirəm ki, ali təhhsil ala bilməyəcəm. Sumqayıt Dövlət Universitetində qiyabi təhsil forması olmadığına görə, imtina edəcəm” – deyə, o, bildirib.

16 yaşlı Elvin Hüseynov isə bildirib ki, onun universitetə erkən yaşda qəbul olmasının iki səbəbi var:

“Mən 26.11.2008-ci ildə anadan olmuşam. Ali məktəbə tez qəbul olmağımın səbəbləri həm məktəbə tez getməyim, həm də sinif olaraq 3-cü sinifdən 5-ci sinifə keçməyimizdir. Mən Heydər Əliyev adına Müasir Təhsil Kompleksini bitirmişəm, hazırda isə Azərbaycan Texniki Universitetinin Maşın mühəndisliyi ixtisasına qəbul olunmuşam”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO