Bu restoranda saxta alkoqollu içkilər AŞKAR EDİLDİ - FOTO

Bu restoranda saxta alkoqollu içkilər AŞKAR EDİLDİ - FOTO

Hazırda oxunan: Bu restoranda saxta alkoqollu içkilər AŞKAR EDİLDİ - FOTO
207840
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, Ağdaş-Göyçay yolunun 1-ci kiometrliyində fiziki şəxs Ələkbərov Arif Mahir oğluna məxsus "Ağdaş Palace” restoranında plandankənar yoxlama aparıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib. 

Bildirilib ki, yoxlama zamanı ictimai iaşə müəssisəsinin anbar sahəsində qablaşdırılması və etiketlənməsində saxtalaşdırma əlamətləri olan müxtəlif saxta əmtəə nişanlı (“Beluga”, “Russkiy Standart”, “Absolut Vodka”, “Nemiroff”, “Green Drop”, “Qızıl Çar”, “Zero”, “Bison Rosol”, “Xorçitsa”, “Verba”, “ALP LİNE”, “Minsk”, “Sokrovice Belarus”, “Admiral Van Bellingham”, “Gradus”, “Zelupa”, “Russkiy Standart Platin”, “Vladinko”, “Finlandia”), ümumi sayı 309 ədəd alkoqollu içki (araq) aşkarlanıb. 
 

İçkilərin qablaşdırmasının orijinal məhsullardan fərqləndiyi, bəzilərinin qapaq hissəsinin sonradan təkrarən bağlandığı, müxtəlif istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı bəzi içkilərin qapaqlarının eyni olduğu məlum olub. Həmçinin yoxlama zamanı həmin içkilərin qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən heç bir sənəd təqdim edilməyib. 


Faktla bağlı müəssisədə aşkar olunmuş və saxtalaşdırma əlamətləri olan alkoqollu içki məhsullarının satışının dayandırılması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib, müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq lobarotoriyasına təqdim olunub. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bu restoranda saxta alkoqollu içkilər AŞKAR EDİLDİ - FOTO - foto 1
Bu restoranda saxta alkoqollu içkilər AŞKAR EDİLDİ - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO