Azərbaycana bu ölkədən turist axını 3 dəfəyə yaxın ARTIB

Azərbaycana bu ölkədən turist axını 3 dəfəyə yaxın ARTIB

Hazırda oxunan: Azərbaycana bu ölkədən turist axını 3 dəfəyə yaxın ARTIB
206944
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkədən 1 milyon 502,7 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 29,2 %-i Rusiya, 16,5 %-i Türkiyə, 9,3 %-i Hindistan, 8,3 %-i İran, 4,2 %-i Səudiyyə Ərəbistanı, 4 %-i Gürcüstan, 3,2 %-i Qazaxıstan, 2,7 %-i Pakistan, hər birindən 1,7 % olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,5 %-i Çin, hər birindən 1,3 % olmaqla Ukrayna və Küveyt, 1,2 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla İsrail və Oman, 1,%-i Belarus, 10,7 %-i digər ölkələrin vətəndaşları olub. 

Gələnlərin 67,1 %-ni kişilər, 32,9 %-ni qadınlar təşkil edib. 

Ötən ilin eyni dövrünə nisbətən Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,3 dəfə, Çindən - 2,1 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 49,7 %, Omandan - 47 %, İrandan - 46,5 %, Səudiyyə Ərəbistanından - 42,8 %, İtaliyadan - 38,7 %, Yəməndən - 35,9 %, Türkmənistandan - 33,0 %, Polşadan - 31,8 %, Küveytdən - 29,3 %, Misirdən - 29,2 %, Özbəkistandan - 25,6 %, ABŞ-dan - 21,9 %, Ukraynadan - 20,5 %, Türkiyədən - 19,6 %, Almaniyadan - 19,3 %, Tacikistandan - 17,8 %, Rusiyadan - 16,9 %, Bəhreyndən - 14,3 %, Fransadan - 13,5 %, Gürcüstandan - 11,8 %, BƏƏ-dən 7,5 % artıb. 
 

2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 39,6 % artaraq 258,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 28,0 % artaraq 57,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 % artaraq 576,1 min nəfər olub. 


Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75 %-i hava, 23,8 %-i dəmir yolu və avtomobil, 1,2 %i isə dəniz nəqliyyatından istifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO