Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrıldı

Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrıldı

Hazırda oxunan: Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrıldı

20569

Prezident İlham Əliyev "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncamla Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.14.1-ci yarımbəndində göstərilmiş 20 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM


Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamla təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı İqtisadiyyat Nazirliyinin tərtib etdiyi formaya uyğun olaraq rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq, İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO