Şəmkirdə mübahisə qanla bitib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Şiştəpə kəndində baş verib.
Şəmkir sakini, 1988-ci il təvəllüdlü E.İsmayılov bədənin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu