AZAL-dan “GATE20” promokodu ilə aviabiletlərə 20% endirim

AZAL-dan “GATE20” promokodu ilə aviabiletlərə 20% endirim

Hazırda oxunan: AZAL-dan “GATE20” promokodu ilə aviabiletlərə 20% endirim
204555
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL bütün müntəzəm beynəlxalq reysləri üzrə “GATE20” xüsusi promokodu ilə aviabiletlərin güzəştli satışına start verir. 

Bu barədə Bizim.Media-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Sərnişinlər promokoddan istifadə edərək biletləri 20% endirimlə ala bilərlər.

Endirim biletin tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.

Aksiya yalnız AZAL-ın mobil tətbiqi üzərindən həyata keçirilir və yalnız böyük sərnişinlər (ADULT) üçün keçərlidir. Promokod təkcə ekonom sinif aviabiletlərinə şamildir.

Təklif avqust ayının 1-dən 8-nə kimi alınan təyyarə biletlərinə tətbiq olunur və aviaşirkətin 20 sentyabr-31 oktyabr 2024-cü il tarixlərində yerinə yetirəcəyi reyslərini əhatə edir.

Aviabiletləri güzəştlə əldə etmək üçün bron zamanı AZAL-ın mobil tətbiqinə daxil olmaq və promokod hissəsində “GATE20” açar sözünü qeyd etmək lazımdır. Bundan sonra sistem biletlərin endirimli qiymətini göstərəcək.

AZAL-ın mobil tətbiqini linkə keçid alaraq yükləmək olar: //bit.ly/azal-app.

Aviaşirkət hər kəsi bu fürsətdən faydalanmağa və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etməyə dəvət edir!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO