Bakıdakı küçələrdən birinə Polad Həşimovun adı verildi - FOTO

Hazırda oxunan: Bakıdakı küçələrdən birinə Polad Həşimovun adı verildi - FOTO

20445

Bakı şəhərinin küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Bu barədə Bizim.Media-ya Xətai Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qərar qəbul olunub.

Qərara əsasən, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.

"Yaxın zamanlarda həmin küçədə şəhid general-mayor Polad Həşimovun adını daşıyan park da istifadəyə veriləcək", - icra hakimiyyətindən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO