Körpələr arasında yayılan rotavirusla bağlı pediatrdan XƏBƏRDARLIQ: “Evdə müalicə risklidir”

Körpələr arasında yayılan rotavirusla bağlı pediatrdan XƏBƏRDARLIQ: “Evdə müalicə risklidir”

Hazırda oxunan: Körpələr arasında yayılan rotavirusla bağlı pediatrdan XƏBƏRDARLIQ: “Evdə müalicə risklidir”
203372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər uşaqlar arasında kütləvi şəkildə xəstəlik yayılıb. Bəziləri buna “yay qripi” deyir. Xəstəliyin əlamətləri həqiqətən də qripə bənzəyir. Amma bu “qrip”dən uşaqlar daha çox əziyyət çəkir. Bəzən ağırlaşma halları da müşahidə olunur.

Bəs bu xəstəliyin əsl adı və əlamətləri nədir?

Suala pediatr Vaqif Qarayev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu heç də adi qrip deyil:

“Uşaqlar arasında yayılan rotavirusdur. Daha çox 5 yaşına qədər uşaqlarda müşahidə olunur. Virus uşaqlara çirklənmiş su və qida məhsullarından keçir.  Əlamətlər belədir: Hərarət yüksəlir, davamlı qusma və ishal müşahidə olunur.
Orqanizm çoxlu maye itirərsə, xəstənin vəziyyəti ciddiləşir. Bu virusa qarşı özünümüalicə düzgün deyil. Mütləq həkimə müraciət edilməlidir. Xüsusən, maye qəbul edə bilməyən uşaqlar həkim nəzarətində olmalıdırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO