Birinci Qarabağ müharibəsinin itkin şəhidi İmaməddin Əliyev Ağdaşda DƏFN EDİLDİ - FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi İmaməddin Əliyev Ağdaşda DƏFN EDİLDİ - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin itkin şəhidi İmaməddin Əliyev Ağdaşda DƏFN EDİLDİ - FOTO
201761
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əliyev İmaməddin Əliağa oğlunun meyitinin qalıqları böyüyüb boya başa çatdığı Ağdaş rayonunun Pirəzə kəndinə gətirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, şəhid İmaməddin Əliyevin nəşi bu gün rayonun Pirəzə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında,atasının məzarı yanında  torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı yaylım atəşi açılıb.

Qeyd edək ki, Əliyev İmaməddin Əliağa oğlu  1992-ci ildə Ağdarə istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı. O, Birinci Fəxri xiyabanda naməlum şəhid kimi dəfn olunmuşdu.

Birinci Qarabağ müharibəsinin itkin şəhidi İmaməddin Əliyev Ağdaşda DƏFN EDİLDİ - FOTO - foto 1
Birinci Qarabağ müharibəsinin itkin şəhidi İmaməddin Əliyev Ağdaşda DƏFN EDİLDİ - FOTO - foto 2




Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO