Ombudsman Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində olub - FOTO

Ombudsman Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində olub - FOTO

Hazırda oxunan: Ombudsman Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində olub - FOTO
20093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2021-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri mayın 4-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət ediblər.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri düzülüb. HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqlara HDQ-nin yaranması və fəaliyyəti haqqında məlumat verib. Sonra Ombudsman HDQ-nin “Şərəf kitabı”na imza atıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ombudsman Səbinə Əliyeva DTX təcridxanasında 


Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Daha sonra qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, gəmilər, matros yataqxanası, yeməkxana və digər obyektlərə də baş çəkiblər.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə oxuyan S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib. Sonda aparatın nümayəndələri ilə hərbi hissənin şəxsi heyətinin birgə xatirə şəkli çəkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO