Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olundu - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olundu - FOTO
199498
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri Yaqubov Fəqan Misir oğlu Tərtər rayonunda dəfn olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidlə vida mərasimi ailəsinin yaşadığı Tərtər rayonunun Sarıcalı kəndində keçirilib. 

Mərasimdə yüzlərlə rayon sakini, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. 

Qeyd edək ki, Yaqubov Fəqan Misir oğlu 1973-cü ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Fəqan naməlum şəhid kimi Bakı şəhərindəki I Şəhidlər Xiyabanında dəfn olunmuşdu. 

Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olundu - FOTO - foto 1
Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olundu - FOTO - foto 2
Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olundu - FOTO - foto 3
Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olundu - FOTO - foto 4
Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olundu - FOTO - foto 5

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO