Birinci Qarabağ müharibəsi şəhidi Sumqayıtda torpağa tapşırıldı – FOTO 

Birinci Qarabağ müharibəsi şəhidi Sumqayıtda torpağa tapşırıldı – FOTO 

Hazırda oxunan: Birinci Qarabağ müharibəsi şəhidi Sumqayıtda torpağa tapşırıldı – FOTO 
199470
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavadov Elman Xurşud oğlunun meyitinin qalıqları Sumqayıt şəhərində torpağa tapşırılıb. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.

Bizim.Media xəbər verir ki, bu gün şəhidin evində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, qazilər, eləcə də şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra Elman Cavadovun nəşi şəhərdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Sumqayıt Şəhər Veteranları Şurasının sədri, şəhid atası Sovet Şükürov Elman Cavadovun qardaşına tabuta bükülən Azərbaycan Bayrağını təqdim edib. Qeyd edək ki, Cavadov Elman Xurşud oğlu 1992-ci ildən itkin düşmüş sayılırdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO