Susuzluqdan əziyyət çəkən Binə sakinləri:

Susuzluqdan əziyyət çəkən Binə sakinləri: "Su maşını 35 manata gəlir" - VİDEO

Hazırda oxunan: Susuzluqdan əziyyət çəkən Binə sakinləri: "Su maşını 35 manata gəlir" - VİDEO

198681

Xəzər rayonu, Binə qəsəbəsi, Bəhram və İman qardaşları küçəsinə 10 ildən çoxdur ki, içməli su verilmir. Sakinlərin sözlərinə görə, əraziyə hətta su xətləri belə çəkilməyib.

Bizim.Media xəbər verir ki, məcburiyyət qarşısında qalan vətəndaşlar tələbatlarını ödəmək üçün su quyusu qazıblar. Lakin buradan da su əldə edə bilməyiblər.

"Ay ərzində 4 maşın su alırıq, o da biri 35 manata gəlir. Hər ay hər bir ailə 140-150 manat suya pul verir. Həyətdə olan ağacların hamısını susuzluqdan əziyyət çəkir deyə kəsib atmışıq", - qəsəbə sakini şikayətini bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO