Balakəndə sürət həddini aşan “Mersedes” TIR-a çırpıldı, ölən var - FOTO

Balakəndə sürət həddini aşan “Mersedes” TIR-a çırpıldı, ölən var - FOTO

Hazırda oxunan: Balakəndə sürət həddini aşan “Mersedes” TIR-a çırpıldı, ölən var - FOTO
198395
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan magistralının Balakənin Katex kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Türkiyə vətandaşı Mustafa Makar Nureddin oğlunun idarə etdiyi iritonnajlı TIR-la Balakən rayon sakini Kənan Ağayevin idarə etdiyi “Mersedes” markalı 10 RO 610 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Qəza zamanı sürücüsünün meyiti  sükan arxasında sıxılı vəziyyətdə qaldığından hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri sürücünün meyitini çıxararaq hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasına təhvil verib. 

Hadisə şahidlərinin sözlərinə görə,  “Mersedes” sürətlə idarə edildiyindən sürücü idarəetməni itirərək TIR-ın yoluna çıxıb və qəzadan yayına bilməyib.

Baş verən qəza ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma başlanıb.

Balakəndə sürət həddini aşan “Mersedes” TIR-a çırpıldı, ölən var - FOTO - foto 1
Balakəndə sürət həddini aşan “Mersedes” TIR-a çırpıldı, ölən var - FOTO - foto 2
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO