Bəzi xroniki xəstəlikləri olan insanlara oruc tutmaq təhlükəlidir.
Bizim.Media xəbər verir ki, bu haqda həkimlər xəbərdarlıq edib.
Mütəxəssislərin fikrincə, pandemiya dövründə endokrin sistem xəstəliklərinin sayı artıb.
Ona görə, endokrin pozulması olan xəstələr oruc tutarkən çox ehtiyatlı davranmalıdırlar. Çünki uzun müddət ac qalma, orqanizmdə immun sitemini zəiflədir və qanda şəkər miqdarını aşağı salır.
Bundan başqa digər xroniki xəstəliyi olan insanlar da bu işə xüsusilə diqqətlə yanaşmalıdırlar. Lakin yüngül xəstəliyi olanlar həkim məsləhəti ilə oruc tuta bilərlər. Təbii ki, bu zaman dərmanların qəbul edilmə vaxtı iftar saatına uyğun olaraq dəyişilməlidir.
Mütəxəssilər oruc tutan insanda başgicəllənmə, halsızlıq, üşütmə varsa, dərhal orucu dayandırmağı tövsiyyə edirlər.
Ümumiyyətlə, araşdırmalar göstərir ki, koronavirusla əlaqədar insanlar passiv həyat tərzinə keçdiyi üçün piylənmə hallarının sayında artım müşahidə edilib. Həmçinin yuxu rejiminin pozulması da endokrin sistemini pozur. Həkimlər sağlam həyat tərzi üçün düzgün qidalanma və yuxu rejiminə xüsusi diqqəti əsas amillərdən sayırlar. Bundan başqa onlar fiziki aktivlik, stressdən uzaq və sudan bol istifadənin də vacibliyini vurğulayıblar.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:53 / 01.05.2021
Bu əlamətlər varsa, oruc tutmayın! – Həkimlərdən HƏYACAN SİQNALI
Hazırda oxunan: Bu əlamətlər varsa, oruc tutmayın! – Həkimlərdən HƏYACAN SİQNALI
Hazırda oxunan: Bu əlamətlər varsa, oruc tutmayın! – Həkimlərdən HƏYACAN SİQNALI
19741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.