Köhnə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində nəqliyyat qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun yol üstündə yerləşən yeməkxanaların birinin qarşısında olub.
Belə ki, "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü Yusif Bayramı məhz maşının burada saxlayaraq yeməkxanaya keçib.
Həmin an arxa hissədən sürətlə gələn "LADA 21015" markalı maşın idarəetmədən çıxaraq birbaşa "Ford"un üzərinə düşüb. Elə məhz "Fordu"un sürücüsünün köməyi ilə 21015 markalı avtomobildə olan və ciddi bədən xəsarətləri alan iki şəxs - Cəlilabad rayonu Ocaqlı kənd sakinləri 1997-ci il təvəllüdlü Eldar Bəxtiyar olğu Bayramov və Rəhim Namiq oğlu Mustafayev maşından çıxarılaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Cəlilabad rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan biri reanimasıyaya yerləşdirilib.
Sabutay, Bizim.Media, Cənub bürosu