30 ildən sonra şəxsiyyəti müəyyən edilən şəhidimiz Şəkidə son mənzilə YOLA SALINDI – FOTO/VİDEO 

30 ildən sonra şəxsiyyəti müəyyən edilən şəhidimiz Şəkidə son mənzilə YOLA SALINDI – FOTO/VİDEO 

Hazırda oxunan: 30 ildən sonra şəxsiyyəti müəyyən edilən şəhidimiz Şəkidə son mənzilə YOLA SALINDI – FOTO/VİDEO 
195845
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəkidən olan şəhidimiz 30 il sonra ata yurdunda torpağa tapşırılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Birinci Qarabağ müharibəsində naməlum şəhid kimi Beyləqan rayonun Peyğmbər qəbiristanlığında dəfn edilən Səbuhi Süleymanovun nəşi Şəkinin Cəfərabad kəndinə gətirilib. 

Şəhidin nəşi əvvəlcə ailəsinə təhvil verilib. Ata yurdunda şəhid üçün vida mərasimi keçirilib. 

Mərasimində yüzlərlə kənd sakinləri, şəhid ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərhumun ruhuna dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Səbuhi Süleymanov Səbuhi Süleymanov 1972-ci ildə Şəkinin Cəfərabad kəndində doğulub boya-başa çatıb. O, SSRİ dövründə 2 il hərbi xidmətdə olub. Birinci Qarabağ müharibəsinə isə könüllü qatılıb. 1992-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.
 


30 ildən sonra şəxsiyyəti müəyyən edilən şəhidimiz Şəkidə son mənzilə YOLA SALINDI – FOTO/VİDEO  - foto 1
30 ildən sonra şəxsiyyəti müəyyən edilən şəhidimiz Şəkidə son mənzilə YOLA SALINDI – FOTO/VİDEO  - foto 2
30 ildən sonra şəxsiyyəti müəyyən edilən şəhidimiz Şəkidə son mənzilə YOLA SALINDI – FOTO/VİDEO  - foto 3
30 ildən sonra şəxsiyyəti müəyyən edilən şəhidimiz Şəkidə son mənzilə YOLA SALINDI – FOTO/VİDEO  - foto 4

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO