Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO

Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO

Hazırda oxunan: Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO
195696
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tərtərdəki məzarlıqda 30 ildən çox naməlum döyüşçü kimi  saxlanılan Osman Xəlifə oğlu Rəcəbovun da ruhu dinclik tapıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidi Osman Rəcəbovun nəşi bu gün saat 17-00-da doğulduğu Xaçmaz rayonunun Maqsudkənd yaşayış məntəqəsinə gətirilib.

Ata yurdunda  şəhidin doğmaları onun nəşi ilə vidalaşdıqdan sonra  cənazə kənd qəbiristanlığına aparılıb.

Osman Rəcəbovun ruhu hörmətlə anılıb, xatirəsinə hərbçilər yaylım atəşi açıblar.

Osmanın nəşinə bükülmüş üçrəngli Azəbaycan bayrağı böyük qardaşına təqdim olunub. Doğmaları illər sonra Osmanın qalıqlarının tapılaraq doğma kəndlərində basdırılmasında zəhməti olan rəsmi qurumların əməkdaşlarına təşəkkür ediblər.

Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO - foto 1
Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO - foto 2
Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO - foto 3
Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO - foto 4
Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO - foto 5
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO