Azərbaycanın müstəqillik günü Limada qeyd olunub – FOTO/VİDEO

Azərbaycanın müstəqillik günü Limada qeyd olunub – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanın müstəqillik günü Limada qeyd olunub – FOTO/VİDEO

194833

Azərbaycanın müstəqilliyinin 106-cı ildönümü Limada təntənəli şəkildə qeyd olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə Xarici İşlər Nazirliyinin baş katibi Erik Anderson Maçado, Peru Konqresinin Beynəlxalq münasibətlər komitəsinin üzvü Maria del Karmen Alva Prieto, səfirlər, diplomatik korpusun nümayəndələri, müxbirlər, diaspora nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Perunun paytaxtı Limada təşkil olunan rəsmi qəbulda səfir Məmməd Talıbov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 106 il əvvəl Şərqdə ilk dünyəvi və parlamentli respublika kimi qurulduğunu vurğulayıb. O, həmçinin Azərbaycanın 30 illik hərbi təcavüzünü və separatizmi tam məğlub edənən sonra suverenliyini bərpa etdikdən sonra ilk dəfə müstəqillik gününü qeyd etdiyini bildirib.
O, Azərbaycanın bu illər ərzində gözəçarpan sosial-iqtisadi inkişaf nümayiş etdirdiyindən danışıb, həmçinin işğaldan azad olunmuş ərəzilərdə bərpa və yenidənqurma işləri barədə tədbir iştirakçılarına məlumat verib və ölkənin bu ərazilərin yenidən çiçəklənməsi, sülh və sabitlik diyarına çevirmək əzmindən bəhs edib.

Həmin ərazilərdə mina təhlükəsiyi mövzusuna toxunan diplomat, beynəlxalq ictimaiyyəti bu ərazilərin minalardan təmizlənməsinə Azərbaycanın səylərini dəstəkləməyə çağırıb.

Azərbaycanın beynəlxalq birliyin fəal üzvü kimi rolu və ölkənin ev sahibliyi etdiyi mötəbər tədbirlər, xüsusən də Azərbaycanın COP29-a ev sahibi seçilməsinin qeyd olunanların daha bir göstəricisi olduğunu vurğulayıb. Səfir, Azərbaycanın "yaşıl iqtisadiyyat" və "yaşıl enerji"yə keçiddə regional lider olduğunu qeyd edərək, iqlim dəyişikliyi ilə mübarizəyə dair Peru ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Sonra Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçeanın adından çıxış edən Xarici İşlər Nazirliyinin baş katibi Erik Anderson Maçado, Azərbaycan xalqını təbrik edərək, Perunun Azərbaycanla olan əlaqələrinin tarixindən bəhs edib və iki ölkə arasında mövcud olan oxşarlıqları vurğulayıb. O, həmçinin, Azərbaycan səfirliyinin səmərəli fəaliyyətini qeyd edib.

Peru Konqresinin Beynəlxalq münasibətlər komitəsinin üzvü Maria del Karmen Alva Prieto, öz çıxışı zamanı, Azərbaycan xalqını təbrik edərək, Azərbaycan və Peru arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib.

Tədbir çərçivəsində qonaqlara COP29 loqosu və Azərbaycanın turizm imkanlarını tanıdan videoçarxlar nümayiş olunub, milli mətbəx nümunələri təqdim edilib.

 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO