Azərbaycanda istifadəçilərə maliyyə vasitəçiləri olmadan borc alıb verməyə imkan verən yeni platforma yaradılır.
Moderator.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda V İnvestisiya yarmarkasında “Maliyyə”x9d startapının həmtəsisçisi Cəfər Babayev deyib.
O qeyd edib ki, bu yolla kreditləşmə maksimum şəkildə avtomatlaşdırılacaq.
Onun sözlərinə görə, “Maliyyə”x9d şirkətinin baş ofisi və filialları olmayacaq: “Bu layihə sayt və mobil tətbiqdən ibarət olacaq. Qeydiyyatdan keçən şəxs reytinq yığacaq və bu reytinq onun hansı həcmdə kredit ala və verə biləcəyini müəyyənləşdirəcək”x9d.







































































































