Aşura günü özünə ziyan verən Allaha üsyan etmiş olur...

Aşura günü özünə ziyan verən Allaha üsyan etmiş olur...

Hazırda oxunan: Aşura günü özünə ziyan verən Allaha üsyan etmiş olur...

193917
Keçən yazımda bəşəriyyətin İslam ideyası ətrafında birləşməsinin mümkünsüz olduğunu qeyd etmişdim. Fikirlərim sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Bəzixa0 fanatiklər məni İslamdan, müsəlmançılıqdan uzaqlaşmaqda ittiham etdilər.xa0

Gəlin təsəvvür edək ki, sizin dediyiniz kimi, bütün bəşəriyyət İslamı qəbul etdi və sizin kimi müsəlman oldu. Nə baş verəcək, bilirsinizmi? Dünən İran müsəlmanları ilə, İraq müsəlmanları arasında nə baş vermişdisə, o baş verəcək! Bu gün Suriyada İŞİD müsəlmanları ilə Suriya müsəlmanları arasında nə baş verirsə, o baş verəcək! Yəni, onda da sizlər təriqətlərə bölünüb (hansı ki, bölünmüsünüz) yenə də biri-birinizi qıracaqsınız.xa0

Bütün bunlar müsəlmançılığın mahiyyətini düzgün anlamamağın nəticəsində baş verir. Müsəlmançılıq Haqqa təslim olmaq, Allahın birliyinə inanmaq deməkdir. Haqqa təslim olanın əməlində insaf, mürvət, halallıq, sülhpərvərlik, xeyirxahlıq görünər. Baxaq görək bu əlamətlər sizin müsəlman hesab etdiklərinizdə görünür, yoxsa, kafir hesab etdiklərinizdə?xa0

Götürək, kimin qazancını hara xərcləməsini.xa0 Mətbuatdan bizə məlum olduğu kimi,xa0 Azərbaycanın bir çox sərvət sahibləri öz milyonlarınıxa0 yarıçılpaq müğənni qadınların yolunda gen-bolxa0 xərcləyirlər. Mediadan onu da oxuyuruq ki,xa0 xa0İngilis (yaxud, digər xristiyan) milyarderi uşaqların hansısa xəstəlikdənxa0 sağalmaları üçün milyonlarla vəsait ayırır. Niyə biz həmin xristiyan xeyriyyəçisini yox, pozğun həyat tərzi keçirən azərbaycanlını müsəlman hesab etməliyik?

Və yaxud, götürək ticarətdə insafı, halallığı. Bakı bulvarında bir çaynik çay 20-25 manata satıldığı halda, həmin məbləğə qonşu Erməni (yaxud, Gürcü...) ticarətçi bir ailənin ən azı bir həftə dolanacaq ərzağını satır. Niyə biz insaflı Erməni (Gürcü...) ticarətçini yox, insafsız və qaniçən azərbaycanlı ticarətçini müsəlman (Haqqa təslim olan) hesab etməliyik?

Götürək idarəçiliyi. Sizin müsəlman hesab etdiyiniz ölkələrin demək olar ki, hamısının rəhbərləri rüşvətxorluqla, öz xalqının əmlakını talamaqla məşğul olduqları halda, məsələn, Saakaşvili gözümüzün önündə Gürcüstanı banditlərdən təmizləyərək, ölkəsində haqqı, ədaləti və insanların asayişini təmin edən bir dövlət qurdu (hansı ki, müsəlmanlar o dövlətə həsədlə baxırlar). Niyə biz Saakaşvilini deyil, oğru rəhbərləri müsəlman hesab etməliyik?xa0

Qara libas geyib, qara hicaba bürünmüş orta yaşlı qadın pasiyentimdən soruşuram ki, niyə belə qaraya bürünmüsən?xa0 Müsibətinmi düşüb? Nə cavab versə yaxşıdır? Deyir dini kitablarda yazılıb ki, qadın elə geyməlidir ki, qara qarğaya bənzəsin (?). XXI əsrdə, orta təhsilli, orta yaşlı bir Azərbaycan qadınının verdiyi cavabdan düzü az qala ayağımın altından yer qaçdı. Necə yəni, qara qarğaya bənzəsin? Məgər Allah qadını yer üzünün bəzəyi olaraq yaratmadımı? Elə isə, o niyə tovuz quşuna yox, qara qarğaya bənzəməlidir?xa0

Gözünüzü açın, çox uzağa demirəm, elə “Torqovı”x9dya baxın: ərəbin,xa0 farsın qadın və kişiləri orada necə geyindiklərini, hansı hoqqalardan çıxdıqlarını görün. Azərbaycanlı qadınlara gəldikdə isə, məsləhət görürlər ki, siz qara qarğa kimi geyinin (?!). Dininizixa0 qaramata, matəmə döndərən,xa0 özünüzü qarğaya bənzətməyə çalışan bu bədxahlarxa0 sizin düşmənləriniz deyilmi?!
xa0Bütün bu gördüklərinizdən sonra, yenə də onların kitablarını oxuyub, yazdıqlarına əməl edirsinizsə (özünüzü qarğaya bənzədirsinizsə), artıq mən günahı onlarda görmürəm...

Matəmdən söz düşmüşkən, bölgələrdən tez-tez belə xəbərlər gəlir ki, gənclər gecə kütləvi şəkildə küçələrə axışaraq “şaxsey-vaxsey”x9d qışqıra-qışqıra qəbristanlıqlara üz tuturlar. Bölgə rəhbərləri də bu anormal hərəkətlərinə görə onları qanlarına qltan edirlər...xa0
Qeyd edək ki, onların heç birinin (nə gənclərin, nə də rəhbərlərin) hərəkətlərində məntiq yoxdur. Çünki, İmam Hüseyni yad etmək üçün gecə vaxtı qışqırıb bağırmağa heç bir lüzum yoxdur. O, bir tarixi şəxsiyyətdir və bizim dünyasını dəyişmiş, şəhid olmuş qardaşımızdır. Tarixi şəxsiyyətləri, ölmüş qardaşımızı, yaxud, valideynlərimizi necə hörmətlə anırıqsa, şəhidlərimizin xatirəsini necə sakitliklə yad ediriksə, İmam Hüseyni də o cür anmalıyıq. Özünə zərər vurmaq, qışqır-bağır salmaq İmam Hüseyni öldürdüyünə görə Allaha üsyan, etiraz etmək deyilmi?xa0
Məgər Allah İmam Hüseyndən daha əvvəl və daha üstün neçə-neçə peyğəmbərlərini öldürmədimi? Hansı Peyğəmbər özündən əvvəlki Peyğəmbəri öldürdüyünə görə Allaha bu cür üsyan, etiraz etdi, qışqır-bağır saldı? Heç biri! Elə isə, siz kimdən nümunə götürdünüz də belə üsyan etdiniz?xa0

İmamın mübarək ruhunu sevindirmək istəyən, başqasınaxa0 bir yaxşılıq edər və deyər ki, bunu sənə İmam Hüseynin ehsanı üçün etdim. Adam da deyər “Allah İmamaxa0 rəhmət eləsin”x9d. Beləliklə, sən bu rəhmətin qazanılmasında vasitəçi olarsan və o dünyada İmamın yanında üzünxa0 ağ olar. Yoxsa ki, gecənin bir aləmində, camaat şirin yuxuda yatdığı zaman kütləvi şəkildə “şaxsey-vaxsey”x9d deyib qışqırarkən insanlar yerlərindən dəli kimi qalxarlar və sizin bu hərəkətiniz İmama rəhmət yox, bəlkə də söyüş qzandırar. Beləliklə də, İmam Hüseynin ruhunu narahat etmiş olursunuz. Qaş düzəltmək istərkən, göz çıxrırsınız...xa0

Bütün bunlar savadsızlıqdan və cahillikdən irəli gəlir ki, buna görə də məsuliyyət təhsil sisteminin üzərinə düşür. Acınacaqlı haldır ki, buna görə məsuliyyət daşıyanlar yetişdirdikləri bağın meyvələrinə baxıbxa0 utanmaqdansa, çıxış yolunu həmin meyvələri əzib, tapdalamaqda görürlər. Yəni, “İmam üçün”x9d qışqırıb-bağıran gənclərin yarısını xəstəxanalıq, yarsını da türməlik edirlər... Heç görmüsüzmü valideyn savadsız uşağını döyüb öldürsün? Rəhbərlər də xalqın balalarına öz balası kimi baxmalıdırlar və döyüb öldürməkdənsə, bilmədiklərini onlara başa salmalıdırlar. Necə ki, Yaradan buyurur:

“İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən şəxslər olsun! Bunlar (bu şəxslər), həqiqətən nicat tapmış şəxslərdir”x9d.xa0 Quran,xa0 “İmran ailəsi”x9d, 104.

Paşa Yaqub,
Psixoloq, elmi-lədun bilicisi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO