Kürdəmirdə Folklor Festivalı keçirilib - FOTO/VİDEO

Kürdəmirdə Folklor Festivalı keçirilib - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə Folklor Festivalı keçirilib - FOTO/VİDEO

193712

Kürdəmir rayonunda Folklor Festivalı keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Festival Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi, Kürdəmir rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Kürdəmir rayon Heydər Əliyev adına parkda keçirilən festivalda Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, hərbi qulluqçular, şəhid ailələri, qazilər, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. 
Mədəniyyət İdarəsinin əhatə etdiyi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Yevlax və Zərdab rayonlarından olan mədəniyyət müəssisələrinin əməkdaşlarının  təqdimatında rəsm əsərlərinin, sənətkarlıq nümunələrinin, qədim məişət əşyalarının sərgisi təşkil olunub. Eyni zamanda  folklor ansambllarının, musiqi məktəblərinin şagirdlərinin ifasında musiqi nömrələri, aşıq sənəti, milli rəqslər və milli mətbəx nümunələri ilə zəngin olan festival rayon əhalisi və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Sonda işində fərqlənən bir qrup mədəniyyət işçisi fəxri fərman və diplomlarla mükafatlandırılıb.

Qeyd edək ki, folklor Festivalının keçirilməsində əsas məqsəd zəngin sənət, incəsənət nümunələrini toplamaq, qorumaq, nümayiş etdirmək, gələcək nəsillərə çatdırmaq, mədəni irsin, zəngin dəyərlərin qorunmasına təşviq etməkdir. 






Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO