Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi YARADILIB 

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi YARADILIB 

Hazırda oxunan: Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi YARADILIB 
193233
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. 

Bu barədə Bizim.Media-ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib. Ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması və fəaliyyətinin təşkili barədə Fərman imzalayıb.

Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə" və Agentliyinin strukturu təsdiq edilib. Agentlik Naxçıvan Muxtar Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, Naxçıvan Muxtar Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək.

Eyni zamanda həmin Fərmanla Agentliyin tabeliyində “Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclis sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO