Lisey və gimnaziyalara qeydiyyat BAŞLADI 

Lisey və gimnaziyalara qeydiyyat BAŞLADI 

Hazırda oxunan: Lisey və gimnaziyalara qeydiyyat BAŞLADI 

193094

2024–2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilir. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib. 

Ərizə qəbulu 20 may – 13 iyun tarixlərini əhatə edəcək. 

Valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir. 

İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim olunacaq. Şagirdlər imtahanda topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. 

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə keçiriləcək: 

21 iyun – 7 və 8-ci siniflərə qəbul 

22 iyun – 6-cı siniflərə qəbul 

23 iyun – 5-ci siniflərə qəbul 

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı, eləcə də ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz: //bit.ly/3yugIS7 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO