“Peşəkar Çövkən Liqasında 10 komanda iştirak edəcək” – Bəhruz Nəbiyev 

“Peşəkar Çövkən Liqasında 10 komanda iştirak edəcək” – Bəhruz Nəbiyev 

Hazırda oxunan: “Peşəkar Çövkən Liqasında 10 komanda iştirak edəcək” – Bəhruz Nəbiyev 

193054

“Biz artıq Peşəkar Çövkən Liqasını rəsmi şəkildə elan edirik. Turnirdə 10 komanda iştirak edəcək. Liqa sabahdan etibarən start götürəcək. Ümumilikdə 18 tur nəzərdə tutulur”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Atçılıq Federasiyasının Baş katibi, Peşəkar Çövkən Liqasının Prezidenti Bəhruz Nəbiyev bu gün keçirilən mətbuat konfransında deyib.

“Azərbaycanın bir çox atüstü oyunları var, bunlardan biri də Çövkəndir. Dünyada məşhur olan Polo oynu da Çövkəndən yaranıb. Çövkən yarışlarının əsası isə məhz Azərbaycanda qoyulub. Əslində turların keçirilmə məkanı iki cür olur, ya ev sahibliyi əsasında, ya da səfər çərçivəsində. 

Lakin bu il üçün ilkin olaraq bütün oyunlarımız bir mərkəzdə - Binə Atçılıq Mərkəzində keçiriləcək. Sonrakı illərdə isə komandalar öz meydanlarında oyunlarını keçirə biləcəklər. 4 dekabrda isə Azərbaycanın çempionunu elan etmiş olacağıq. Bu gün həm də püşkatma mərhələsi keçiriləcək. 
Qeyd edək ki, Liqanın sonunda nailiyyətə əldə etmiş şəxsləri və atları təltif edəcəyik. Sabah ilk turun iki oyunu izləniləcək. Turun növbəti üç oyunu isə 22 mayda keçiriləcək”. 

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO