DİN Balakəndə əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO  

DİN Balakəndə əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO  

Hazırda oxunan: DİN Balakəndə əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO  
191777
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ruslan Hüseynov və Elbruz Əzimov saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onlardan 10 kiloqram marixuana aşkarlanıb.  

Saxlanılan şəxslər “Baba” kimi tanıdıqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. 

Araşdırmalarla hər iki şəxsin əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.  
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Emin Əhmədov, İntiqam Mustafayev, Araz Şindiyev və Əli Sofiyev də saxlanılıblar. Araşdırmalar davam etdirilir. 
 


DİN Balakəndə əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO   - foto 1
DİN Balakəndə əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO   - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO