Birinci Qarabağ müharibəsində itkin düşən daha bir şəhidimiz dəfn edildi – FOTO  

Birinci Qarabağ müharibəsində itkin düşən daha bir şəhidimiz dəfn edildi – FOTO  

Hazırda oxunan: Birinci Qarabağ müharibəsində itkin düşən daha bir şəhidimiz dəfn edildi – FOTO  

191100

Bir müddət əvvəl Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən nəşi tapılan şəhidlərdən biri də İsmayıllı rayonun Hacıhətəmli kənd sakini Ayaz Həbidulla oğlu Ağayevdir. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün saat 14 radələrində şəhidin nəşi 30 ildən sonra doğulduğu kəndə, ata yurduna gətirilib. 

Şəhidlə ata yurdunda vida mərasimi keçirildikdən sonra nəşi kənd qəbiristanlığına aparılıb. Burada şəhid üçün cənazə namazı qılınıb sonra atasının yanında dəfn edilib. 

Dəfn mərasimində kənd sakinləri, şəhid ailələri, qazilər şəhidin doğmaları, eləcə də İsmayıllı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Şəhidin böyük qardaşı Ağayev Habil bildirib ki, ailədə dörd qardaş, iki bacı olublar. Ayaz 18 yaşı tamam olduqdan sonra hərbi xidmətə yola salınıb. O, cəmi 3 ay xidmət edəndən sonra Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndində itkin düşüb. 
Onuda Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Ağayev Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn olunmuşdu. 





Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO