Bakıda daha bir park abadlaşdırıldı - FOTO

Bakıda daha bir park abadlaşdırıldı - FOTO

Hazırda oxunan: Bakıda daha bir park abadlaşdırıldı - FOTO

191041

Nizami rayonunda davam edən abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi küçəsi 32a ünvanındakı park abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Bizim.Media xəbər verir ki, abadlaşdırılan parkda azyaşlı uşaqlar üçün müxtəlif növ oyun elementlərindən ibarət meydança, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman qurğuları quraşdırıldığı idman meydançası yaradılıb. Bundan əlavə, ərazidə söhbətgahlar, oturacaqlar, tullantılar üçün qutular qoyulub.

Parkda elektrik sistemi yenidən qurularaq yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, səki və tamet daşları yenilənib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ərazidə yaşıllaşdırmanın və bioloji müxtəlifliyin artırılması məqsədilə parkın ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı 150 ədəd Eldar şamı, 147 ədəd kiparis və 4000-dən artıq müxtəlif növ kol əkilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO