Vətən Müharibəsi veteranının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Vətən Müharibəsi veteranının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Vətən Müharibəsi veteranının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

190983

Xəbər verdiyimiz kimi bu gün Siyəzəndə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisənin təfərrüatları barədə Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev Bizim.Media-ya açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə Vətən Müharibəsi veteranı qəzada öldü - FOTO/ÖZƏL


Onun sözlərinə görə, qəza Bakı-Quba-Rusiya sərhədi yolunun 91-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb. 

“Siyəzən rayon sakini, 41 yaşlı Kamran Əjdər oğlu Hüseynov idarə etdiyi "Hyundai Aksent" markalı avtomobillə piyada Vüsal Nöhbala oğlu Lətifovu vurub.

Nəticədə piyada Vüsal Lətifov hadisə yerindəcə ölüb.

Faktla bağlı Baş Dövlət Yol Yolisi idarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb”, - deyə E. Hacıyev qeyd edib.

Qeyd edək ki, qəzada həyatını itirən Xaçmaz sakini Vüsal Lətifov Vətən Müharibəsi veteranıdır. Məlumata görə, o, "Nissan" markalı avtomobili ilə Bakıya gedirmiş.Telefonla danışmaq üçün avtomobildən düşən veteranı bu zaman maşın vurub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO